"Milan"ın yeni transferi Mario Mancukiçin Zlatan İbrahimoviçlə eyni anda meydana çıxıb-çıxmayacağı müzakirə olunur.
Təcrübəli, həm də eyni funksiyalı tarap tipli forvardların çiyin-çiyinə oynaması hər nə qədər maraqla gözlənilsə də, bir o qədər çətin görünür.
Offsideplus.az "Football İtalia"ya istinadla xəbər verir ki, Stefano Pioli bu məsələ ilə bağlı sualı cavablandırıb: "Bunun mümkün olduğuna inanıram. Lakin unutmayaq ki, Mario komandaya yeni qoşulub və ona "relsə düşmək" üçün vaxt lazımdır. Mövcud vəziyyət tələb etdiyi halda birlikdə oynayacaqlar. Bunda heç bir problem görmürəm".
Qeyd edək ki, Mancukiç ötən ilin martından bu yana rəsmi oyunlarda iştirak etməyib.