İtaliyanın “Parma” klubu baş məşqçisi Fabio Liverani ilə yollarını ayırıb.

Offsideplus.az xəbər verir ki, 45 yaşlı mütəxəssis A Seriyasının 16-cı turunda "Atalanta"ya 0:3 hesabı ilə uduzduqları oyundan sonra istefa verib. Liverani ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Fabio Liverani 2020-ci ilin avqustunda baş məşqçi təyin olunmuşdu.
Qeyd edək ki, “Parma” A Seriyasında 16 turdan sonra 12 xalla 18-ci sırada qərarlaşıb.