A seriyasının XV turunda “Benevento”ya 2:0 hesabı ilə qalib gələn “Milan” klubu tarixinin rekorduna imza atıb.
Offsideplus.az xəbər verir ki, Stefano Piolinin yetirmələri xal sayını 37-yə çatdırıb.
Bu isə klub tarixinin yeni rekordudur. Komanda indiyədək ilk 15 matçdan sonra bu qədər çox xal yığmamışdı.
Qeyd edək ki, “Milan” A seriyasında 27 oyundur uduzmur.