İtaliya B Seriyasında "Monza" "Salernitana"nı qəbul edib.

Offsideplus.az xəbər verir ki, Mario Balotellinin debüt oyununa çıxdığı oyunda hesab 4-cü dəqiqədə açılıb. 30 yaşlı italiyalı rəqib torunu dəqiq nişan alaraq komandasını önə çıxarıb. Oyunun sonunda "Monza" doğma meydanda 3:0 hesablı qələbə qazanıb.

Xatırladaq ki, Mario Balotelli dekabrın əvvəllərində "Monza" klubuna transfer olmuşdu.