İtaliyanın “Parma” klubunun yeni baş məşqçisi müəyyənləşib.

Offsideplus.az xəbər verir ki, komandanı bundan sonra Fabio Liverani çalışdıracaq. 44 yaşlı mütəxəssislə 2022-ci ilin yayına qədər nəzərdə tutulan müqavilə imzalanıb. Liverani son olaraq “Leççe”ni çalışdırıb. 

Qeyd edək ki, “Parma” bir neçə gün əvvəl Roberto Daversayla yollarını ayırmışdı.