İtaliyanın "Parma" futbol komandasının baş məşqçisi Roberto D Aversa istefaya göndərilib.
Offsideplus.az xəbər verir ki, səbəb kollektiv daxilində bütövlük və harmoniyanın olmamasıdır. 45 yaşlı mütəxəssis bu vəzifədə 2016-cı ilin dekabrından çalışırdı.
Qeyd edək ki, ötən mövsüm "Parma" klubu A Seriyasında 49 xalla 11-ci yerdə qərarlaşıb.