2019/20-ci illər mövsümü üzrə "Qızıl buts" mükafatını qazanan futbolçunun adına aydınlıq gəlib.
Offsideplus.az xəbər verir ki, fəxri mükafata "Latsio" klubunun hücumçusu Çiro İmmobile sahib çıxıb. A Seriyanın 38-ci turunda "Napoli" ilə matçda (1:3) fərqlənən futbolçu vurduğu qolların sayını 36-ya çatdırıb.
Bununla da 37 oyunda 36 qol və 8 məhsuldar ötürmə verən 30 yaşlı italiyalı forvard ən yaxın izləyicisi Robert Levandovski və Kristiano Ronaldonu qabaqlayıb.