Futbol üzrə İtaliya A Seriyasının 37-ci turu çərçivəsində "Atalanta" səfərdə “Parma”nı 2:1 hesabıyla məğlub edib.
Offsideplus.az xəbər verir ki, məğlubiyyətsizlik seriyasını 17-yə yüksəldən Berqamo təmsilçisi cari mövsümdə vurduğu qolların sayını 98-ə çatdırıb.
A Seriyasında bir mövsüm ərzində bu qədər qolu sonuncu dəfə 1951/52 mövsümündə “Yuventus” vurmuşdu. Turin təmsilçisi bunu 38 oyuna bacarmışdı.
Turnir tarixində bir mövsüm ərzində ən çox qol vuran komanda isə “Milan”dır. "Milan" 1949/50 mövsümündə rəqib qapılarından 118 top keçirib.
Qeyd edək ki, "Atalanta" hazırda 78 xalla üçüncü pillədədir.