"Milan" klubu baş məşqçisi Stefano Pioli ilə müqavilə müddətini artırıb.
Offsideplus.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 55 yaşlı mütəxəssislə 2022-ci ilin yayına qədər müqavilə imzalanıb.
Qeyd edək ki, Stefano Pioli 2019-cu ilin oktyabrında "Milan"a baş məşqçi təyin edilib. Komanda A Seriyasının bitməsinə 3 tur qalmış Avropa Liqasının təsnifat mərhələsinə vəsiqəni təmin edib. Milan təmsilçisi 35 matçdan sonra 59 xalla 5-ci sıradadır. Komanda koronavirus pandemiyasına görə dayandırılan çempionatın bərpasından sonra məğlub olmayıb.