Futbol üzrə İtaliya A Seriyasında 28-ci tura yekun vurulub.

Offsideplus.az xəbər verir ki, turun son matçında “İnter” səfərdə “Parma”nın qonağı olub. Oyun qonaqların 2-1 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, "İnter" 61 xalla üçüncü pillədədir. "Parma" isə 39 xalla səkkizincidir.
 
İtaliya A Seriyası
28-ci tur
28 iyun
Parma – İnter 1:2
Qollar: Jervinyo, 15 – De Vrey, 84. Bastoni, 87.