"Roma" komandanın kapitanı Edin Cekonu satışa çıxara bilər.

Offsideplus.az “Corriere Dello Sport”a istinadən xəbər verir ki, paytaxt klubu Çempionlar Liqasına vəsiqə qazana bilməsə, bosniyalı futbolçu ilə yolları ayırmağı düşünür.

Bildirilir ki, koronavirus pandemiaysının yaratdığı böhran “Roma”dan da yan keçməyib. Komanda Çempionlar Liqasına qatılıb, gələn vəsaitlə büdcəni qorumağı hədəfləyir. Əks təqdirdə isə illik 7,5 milyon avro qazanan 34 yaşlı oyunçu satılacaq.

Qeyd edək ki, Ceko 2015-ci ildə "Mançester Siti"dən "Roma"ya qoşulub. Bu müddət ərzində hücumçu komandada 211 oyun keçirib və 102 qol vurub.