Koronavirus pandemiyasına görə martdan etibarən dayandırılan futbol üzrə İtaliya A Seriyasında 2019/20 mövsümünün bərpasından sonrakı ilk oyunlar bir dəqiqəlik sükutla başlayacaq.

 Offsideplus.az İtaliya Futbol Federasiyasının saytına istinadən xəbər verir ki, bununla futbol ictimaiyyəti İtaliyada koronavirus pandemiyasından dünyasını dəyişənlərin xatirəsini anacaq.

Bu qayda kubok və aşağı liqaların oyunlarında da tətbiq olunacaq. 

Qeyd edək ki, İtaliya A Seriyasının iyunun 20-dən etibarən bərpası nəzərdə tutulur.