"Barselona" hücumçu Lautaro Martineslə bağlı "İnter"lə danışıqları davam etdirir.
Offsideplus.az “La Gazzeta dello Sport”a istinadən xəbər verir ki, Kataloniya klubu oyunçu üçün qarşı tərəfə 80 milyon avro və 3 futbolçusunu - Xunior Firpo, Nelson Semedo və Can Klera Todibonu təklif edib. Bu təkliflə razılaşmayan “İnter” 22 yaşlı argentinalı üçün müqaviləsində nəzərdə tutulmuş 111 milyon avro təzminatı almaq istəyir. İtaliya klubunun 90 milyon avrodan aşağı təklifləri müzakirə edilməyəcəyi bildirilir.
Lautaro Martines özü də "Barselona"ya keçmək arzusundadır.
Qeyd edək ki, Lautaro cari mövsüm A Seriyasında 22 matç keçirib və 11 qol vurub.