"Napoli”nin prezidenti Aurelio de Laurentis Karlo Ançelottinin istefası barədə danışıb.
Offsideplus.az xəbər verir ki, Aurelio istefanın səbəbləri barədə konkret fikir bildirməsə də qərarın düzgün olub-olmadığını bilmək üçün mövsümün sonunun gözləməyin lazım olduğunu deyib:
"Ona ancaq və ancaq yaxşı şeylər arzulayıram. O, əla insan və gözəl dostdur. Mövsümün sonunda işlərin necə getdiyini və kimin peşman olacağını biləcəyik”.
Ançelotti komandanı ÇL-in 1/8 final mərhələsinə çıxardandan dərhal sonra istefaya göndərilib. Ançelotti ilə Aurelio de Laurentisin son günlər münasibətlərində soyuqluq yaranmışdı. Buna səbəb klub prezidentinin futbolçularla davranışı idi. Uğursuz nəticələrə görə futbolçuların bazadan çıxışına qadağa qoyulmuşdu.
Ançelottini Cennaro Qattuzo əvəzləyib.