Antonio Konte Milan "İnter”ini çalışdıra bilər. 

Offsideplus.az xəbər verir ki, 50 yaşlı italiyalı mütəxəssis cari mövsüm başa çatdıqdan sonraLuçano Spallettini əvəzləyəcək. Klub rəhbərliyi "neradzurra"nın Çempionlar Liqasında qrupdan çıxa bilməməsindən və İtaliya A seriyasında çempionluq yarışında lider "Yuventus”dan 19 xal geri qalmasından narazıdır.

Qeyd edək ki, "İnter” XXI turdan sonra40 xalla 3-cü yerdədi. Konte ötən mövsümün sonunda İngiltərənin "Çelsi” komandasından ayrılıb.(Fanat.az)