"Yuventus" müdafiə xəttini Atletico-nun futbolçusu Filipe Luislə gücləndirməyi planlaşdırılır.

Offsideplus.az Tuttosport-a istinadən xəbər verir ki, Turin klubu 33 yaşlı müdafiəçini yayda heyətə gətirmək niyyətindədir. Həmin vaxt Luisin müqaviləsi başa çatacaq və istənilən klubla danışıqlar apara biləcək. Yuventus transfer üçün pul ödəməyəcək. Futbolçu “qoca senyora”dan ayrılacağı gözlənilən Aleks Sandronu əvəzləyə bilər. Müdafiəçi İnter və Milan-ın da diqqətini çəkib.