"Cenoa" baş məşqçi postunu Çezare Prandeliyə həvalə edib.

Offsideplus.az xəbər verir ki, məlumat klubun rəsmi “tvitter” səhifəsində yer alıb. "Cenoa" İtaliya kubokunda Virtus Entella-ya uduzduqdan (əsas vaxtda 3:3, penaltilərdə 6:7) dərhal sonra bş məşqçi İvan Yuriçi istefaya göndərilib. Prandelli noyabrın 7-dən etibarən kluba rəhbərlik edəcək. Çalışdırıcının sonuncu iş yeri Birləşmiş Ərəb Əmirliyinin Əl-Nəsr komandası olub.

Yuriç oktyabrın 9-da Genoa-ya gətirilmişdi. İstefaya göndərilən David Ballardinini əvəzləmişdi. Klub A seriyasında 14 turdan sonra 14-cü pillədədir.