İtaliyanın tanınmış mütəxəssisi Luçano Spalletti "Yuventus"un yeni hücumçusu Randal Kolo Muani barədə fikirlərini bölüşüb.
Offsideplus.az xəbər verir ki, A Seriyasının birinci turunda "Yuventus" "Frozinone" üzərində 1:0 hesablı qələbə qazanıb. Kolo-Muani bu qarşılaşmada bütün oyunu meydanda keçirsə də, məhsuldar hərəkətlə yadda qalmayıb.
Spalletti bildirib:
"Biz onu diqqətlə izləyirdik və dəyərini bilirik. Amma o başa düşməlidir ki, əslində iki il futbol oynamayıb və bunun səbəbi olmalıdır. Bəzən elə gəlir ki, çox yüksək səviyyədəsən, amma nəyisə itirmisən və onu qaytarmaq lazımdır. Belə oyunlarda qol vurmaq vacibdir, çünki boş zonalar sənin xeyrinədir. Bizim axtardığımız hücumçunun fərqli xüsusiyyətləri ola bilər. Bu gün boş zonalar var idi, amma onlardan istifadə edə bilmədik".


