"Yuventus" Karlo Pinsolyonun müqavilə müddətini 2027-ci ilin yayına kimi uzadıb.
Offsideplus.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
"Qoca sinyora"nın yetirməsi olan 35 yaşlı qapıçı 2010-cu ildən etibarən əsas komandanın üzvüdür.
O, müxtəlif vaxtlarda 6 komandaya icarəyə verilib.
Pinsolyo "Yuventus"un heyətində cəmi 9 oyunda meydanda olub.



