İtaliya Hakimlər Assosiasiyası "Yuventus"dan üzr istəyib.
Offsideplus.az xəbər verir ki, buna səbəb "İnter"lə oyunda Pyer Kaluluya göstərilən qırmızı vərəqədir.
Qurumun rəhbəri Canluka Rokki həmin epizodda barədə bunları deyib:
"Bu insidentə görə, qərarın görə üzr istəyirik, çünki açıq-aşkar səhv idi, həm də VAR-dan istifadə edərək onu düzəldə bilmədiyimizə görə üzr istəyirik. Oyunun hakimi sarsılıb və biz onun yanındayıq, amma həqiqəti deməliyəm - səhv edən təkcə o deyildi, çünki dünən açıq-aşkar simulyasiya da var idi".
Qeyd edək ki, görüş "İnter"in 3:2 hesablı qələbəsi ilə başa çatıb. Kalulunun qırmızı vərəqə ilə cəzalanmasından sonra "qoca sinyora" 42-ci dəqiqədən etibarən meydanda 10 nəfərlə mübarizə aparmalı olub.


