“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola azarkeşlərin onlardan gözləntiləri barədə fikrini bölüşüb.
Offsideplus.az xəbər verir ki, ispan mütəxəssis fanatların Çempionlar Liqasını kubokunu gözlədiyini açıqlayıb və bunun qazanmaq üçün var gücü ilə çalışdığını bildirib:
“Bu klub 10 il öncə Premyer Liqada qalmaq üçün mübarizə aparırdı. Sonra Abu Dabidən insanlar gəlib buranı satın aldılar və komanda irəliləməyə başladı. Son 10 ildə 4 dəfə çempionluq qazanıldı. Klubda hazırda çatışmayan Çempionlar Liqasının kubokudur. Azarkeşlərin bunu istəməsi normaldır. Çalışacam ki, bu il olmasa belə, sonrakı illərdə bu uğuru əldə edim. Ancaq Çempionlar Liqasını qazana bilməsəniz, dünya dağılmayacaq”.
Qeyd edək ki, “Mançester Siti” bu mövsüm ÇL-nin 1/8 final mərhələsində “Real Madrid”lə qarşılaşacaq.