"İnter"in baş məşqçisi Simone İnzaqi Çempionlar Liqasının Liqa mərhələsinin 3-cü turu çərçivəsində "Yanq Boyz"a qarşı keçirdikləri oyundan sonra mətbuata açıqlama verib.

Offsideplus.az xəbər verir ki, təcrübəli mütəxəssis bunları söyləyib:

"Çempionlar Liqasında bütün matçlar çətin olur, xüsusilə italyan komandaları üçün burada mübarizə aparmaq asand deyil. Bəzi fürsətləri dəyərləndirə bilmədik, amma komanda sona qədər nəticəyə inandı. Biz qələbə qazanmağı bacardıq".

Qeyd edək ki, 3 turdan sonra "İnter" 7 xalla Çempionlar Liqasının turnir cədvəlində 6-cı yerdədir.