"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola İngiltərə klubundan ayrılacağı təqdirdə sonda baş verəcək hadisələrə şərh verib.

Offsideplus.az xəbər verir ki, məlumatı "Daily Mail" yayıb. Təcrübəli mütəxəssis bunları söyləyib:

"Mançester Yunayted"də nə baş verdiyindən xəbərim yoxdur. Bu klubda eyni ssenari baş verməyəcək. Bir və ya iki nəfərin getməsi işlər bərbad duruma düşəcəksə, demək klub adına bu xoş bir hal deyil".

Qeyd edək ki, Pep 2016-cı ildən "Mançester Siti"nin uğurları üçün çalışır.