U-23 qadın və kişi cüdoçular arasında cüdo üzrə Bakı şəhər çempionatına yekun vurulub.

 Offsideplus.az xəbər verir ki, 10-11 iyun 2022-ci il tarixlərində Azərbaycan Cüdo Federasiyası və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin birgə təşkilatçılığı ilə Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman Sağlamlıq Mərkəzində keçirilən yarışda U-23 qadın və kişi cüdoçular arasında medalçılar bəlli olub.