"Zirə"nin futbolçusu Dmitrios Çantakias ölkəsinin mətbuatına "Qarabağ"ın AL-nin qrup mərhələsində "Olimpiakos"la (Yunanıstan) keçirəcəyi oyunlar haqda açıqlama verib.

Offsideplus.az xəbər verir ki, 27 yaşlı müdafiəçi bu sözləri deyib:

"Olimpiakos" son illərdəki kimi matça köklənə bilməsə, böyük problem yaşayacaq. "Qarabağ"ın 6-7 oyunçusu uzun illərdir birlikdə çıxış edirlər. Onların əsas "silahları" 5 oyunçudur. Bunlardan biri olan Marko Yankoviç vaxtilə "Olimpiakos"da da çıxış edib. Sağ cinah müdafiəçisi Marko Veşoviç təhlükəli oyunçudur. Abdulla Zubir ilə Kvabena Ovusu irəli xətdə təhlükəlidir və qollar vururlar. Filip Ozobiçi də bu siyahıya əlavə edirəm. Bu oyunçular xüsusi fərq yaradır. "Olimpiakos" bunu düzgün qiymətləndirməsə, problem yaşayacaq".

Qeyd edək ki, "Qarabağ"la "Olimpiakos" arasındakı oyunlar oktyabrın 6-da Yunanıstanda, cavab oyunu isə bir həftə sonra Bakıda keçiriləcək.