1/8 final matçlarının yekunlaşmasının ardından İspaniya Kral Kubokunda 1/4 final mərhələsinin püşkü atılıb.

Offsideplus.az xəbər verir ki, “Barselona” “Atletik”ə rəqib olub. “Selta” “Real Sosyedad”ı, “Mayorka” “Jirona”nı, “Atletiko” isə “Sevilya”nı qəbul edəcək. 

Qeyd edək ki, 1/4 final mərhələsinin oyunları yanvarın 23-25-i aralığında keçiriləcək.