"Mançester Siti" "Kristal Palas"ın futbolçusu Vilfred Zahaya "elçi" düşüb.

Offsideplus.az "Mirror"a istinadən xəbər verir ki, "şəhərlilər" bu mövsüm əla oyun göstərən 25 yaşlı Zaha üçün qarşı tərəfə 50 milyon avro(68 milyon dollar) təklif edir. Baş məşqçi Pep Qvardiola növbəti mövsüm üçün onu öz sərəncamında görmək istədiyini bildirib.

Qeyd edək ki, Zaha 2015-ci ildən "Kristal Palas"da çıxış edir.