"Tottenhem"in futbolçusu Harri Keyn zədəsini sağaldıb.
Offsideplus.az Britaniya mətbuatına istinadən xəbər verir ki, bu barədə klubun baş məşqçisi Maurisio Pokettino məlumat verib. O, ingilis hücumçunun ölkə çempionatının 33-cü turunda "Stok Siti" ilə matçda oynaya biləcəyini vurğulayıb.
Qeyd edək ki, Keyn martın əvvəli zədələnmişdi. Onun dünya çempionatını buraxa biləcəyi iddia olunurdu.