Fransanın PSJ klubu heyətinə yeni futbolçu qatıb.

Offsideplus.az xəbər verir ki, Paris təmsilçisi "Reims"dən Yuqo Ekitiki icarəyə götürüb. 20 yaşlı hücumçu ilə 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Ekitik ötən mövsüm Liqa 1-də 24 matçda 10 qol vurub. 20 yaşlı forvard komandasının bombardiri olub.