Azərbaycan Premyer Liqasının 22-ci turunda "Qarabağ" "Sumqayıt"ı 4:1 hesabı ilə məğlub edib.
Offsideplus.az PFL-nin rəsmi saytına istinadən xəbər verir ki, bu, Ağdam təmsilçisinin tarixində evdə 75-ci böyükhesablı qələbədir. “Qarabağ” öz meydanında ilk böyükhesablı qələbəsini 1992-ci il mayın 6-da "Şirvan"a qarşı oyunda (6:0) qeydə alıb.
8 qat ölkə çempionunun ən böyük fərqlə qalib gəldiyi ev oyunlarında isə 7:0 hesabı qeydə alınıb. “Qarabağ” 1995/96 mövsümündə “Pambıqçı”nın (Neftçala), 2003/04 mövsümündə isə “Ədliyyə”nin qapısına 7 cavabsız qol vurub.



