"İnter", "Yuventus" və "İnter"in sabiq futbolçusu aldığı qərarla yenidən gündəmə gəlib.

Offsideplus.az xəbər verir ki, Pablo Osvaldo 2016-cı ildə başa vurduğu karyerasını bərpa edir.

Forvard Argentina çempionatının 3-cü divizionunda çıxış edən "Taleres" klubu ilə anlaşıb. Osvaldonun son klubu "Boka Xuniors" olub. Klub onunla müqaviləsini intizam pozuntusuna görə pozmuşdu.

32 yaşlı hücumçu həmin vaxt butslarını mismardan asıb diqqətini musiqi karyerasına yönəltmək qərarına gəlmişdi.

Mənbə: Goal.az