Şəhriyar Məmmədyarovun ABŞ-ın Sent Luis şəhərində keçirilmiş "Grand Chess Tour"un IV mərhələsindən əldə etdiyi qazanc məlum oldub.
Offsideplus.az xəbər verir ki, turniri 6-cı pillədə başa vuran azərbaycanlı qrossmeyster 11 000 dollar gəlir əldə edib. Bu barədə yarışın rəsmi tviter hesabı məlumat yayıb.
Qeyd edək ki, Məmmədyarov "Grand Chess Tour"un ümumi sıralamasında 10 xalla 8-cidir. 38 yaşlı şahmatçı ümumilikdə bu yarışdan 32,250 dollar əldə edib.



