UEFA Çempionlar Liqasının qrup mərhələsinin V turunda "Barselona" 0:3 hesabı ilə "Bavariya"ya məğlub olub.

Offsideplus.az xəbər verir ki, Kataloniya təmsilçisi mübarizəni Avropa Liqasının pley-off mərhələsində davam etdirəcək. Komandanın baş məşqçisi Xavi Hernandes mümkün olan bütün titullar uğrunda mübarizə aparacaqlarını söyləyib:

"Mümkün olan bütün titulları qazanmaq üçün növbəti aylarda savaşmalıyıq. Avropa Liqası, La Liqa, İspaniya Kuboku və Superkubok var. Əminəm ki, bütün turnirlərdə mübarizə apara bilərik. La Liqanın İngiltərə Premyer Liqası ilə eyni səviyyədə olduğunu düşünürəm".