UEFA Çempionlar Liqasının pley-off mərhələsi üzrə "Dinamo" "Budö Qlimt"lə cavab oyununa çıxıb.
Offsideplus.az xəbər verir ki, Zaqreb təmsilçisi ilk oyunda 0:1 hesabıyla məğlub olduqları Norveç komandası üzərində 4:1 hesablı qələbə qazanıb və ÇL-nin qrup mərhələsinə vəsiqə qazanıblar.
Azərbaycan millisinin üzvü Mahir Emreli qarşılaşmaya ehtiyatda başlayıb. Gənc hücumçu 60-cı dəqiqədə Dario Şpikiçi əvəzləyib. O, komandasının üçüncü qolunda yaxından iştirak edib.
Oyundan sonra baş tutan mətbuat konfransında komandanın baş məşqçisi Ante Çaçiç sonradan meydana çıxan futbolçuların performanslarına qiymət verib:
"Meydana ehtiyatdan daxil olanlar matçın gedişinə əla təsir göstərdilər. Əlavə vaxtdan öncə futbolçulara dedim ki, sakit olsalar, qələbə bizimdir. Oyunçularımı təbrik etməliyəm. Onlar qəhrəmancasına iş gördülər. Oyundan öncə və matç zamanı problemlərimiz var idi. Amma bunların öhdəsindən gələ bildik.