Lionel Messi PSJ-nin heyətində dünən keçirilən "Real"la matçda antirekorda imza atıb.

Offsideplus.az  xəbər verir ki, argentinalı ulduz hücumçu Çempiolar Liqası tarixində penaltini ən çox qaçıran oyunçulardan biri olub. 

Messi bununla da fransalı Tyerri Anrinin 5 dəfə penalti qaçırma antirekorduna şərik çıxıb. 

Qeyd edək ki, dünən Messinin penalti zərbəsini Tibo Kurtua dəf edib.