UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində iyulun 14-ü Bakı vaxtı ilə saat 21:00-da "Neftçi" - "Dinamo" matçı baş tutacaq.

Offsideplus.az xəbər verir ki, cavab qarşılaşması öncəsi açıq məşq və mətbuat konfransının vaxtı müəyyənləşib. İyulun 13-ü 19:30-da “Bakcell Arena”da rəqib komandanın mətbuat konfransı, 20:00-da isə açıq məşqi (ilk 15 dəqiqəsi) olacaq.

Eyni məkanda həmin gün saat 20:30-da "ağ-qaralar"ın baş məşqçisi Samir Abasov və kapitan Emin Mahmudovun iştirakı ilə mətbuat konfransı təşkil olunacaq. Konfransdan sonra, saat 21:00-da isə Bakı təmsilçisinin media nümayəndələri üçün açıq məşqi (ilk 15 dəqiqəsi) baş tutacaq.

Qeyd edək ki, hər iki komandanın mətbuat konfransı və açıq məşqi “Neftçi TV” vasitəsilə canlı yayımlanacaq.

Xatırladaq ki, "Neftçi" iyulun 7-si baş tutan ilk oyunda 2:1 hesabı ilə qalib gəlib.