UEFA Çempionlar Liqasının I təsnifat mərhələsi çərçivəsində "Neftçi" "Dinamo" (Tbilisi) ilə üzləşəcək.

Offsideplus.az xəbər verir ki, iyulun 14-ü saat 21:00-da “Bakcell Arena”da keçiriləcək matç üçün KİV nümayəndələrinin qeydiyyatı başlanıb. Oyuna akkreditasiya almaq istəyən media nümayəndələrindən aşağıdakılar tələb olunur:

1. Ad, soyad

2. Təmsil etdiyi KİV

3. Vəzifə

4. Şəkil

5. 2020/2021 mövsümü üçün nəzərdə tutulan PFL akkreditasiyası (mütləqdir)

Qeyd olunan məlumatlar iyulun 8-i saat 18:00-dək press@neftchi.az e-mail ünvanına göndərilməlidir. Müraciətlərinə press@neftchi.az-dan cavab alanlar qeydiyyatdan keçmiş hesab olunacaqlar. Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.