PSJ-nin qolkiperi Canluici Buffon komandasının sərgilədiyi oyundan heyrətləndiyini deyib.

Offsideplus.az xəbər verir ki, qapıçı pley-off mərhələsinə yaxın olduqlarını bildirib. “Əla oynadıq. Yüksək səviyyəli oyunla qalib gəlmək arzusunda olduğumuzu göstərdik. PSG rəqiblərinə mesaj göndərdi. Komanda oyunu sayəsində qalib olduq. Plet-off mərhələsinə yaxınıq."Yuventus"da olanda düşünməzdim ki, PSJ bu qədər güclü klubdur. Təcrübəmlə komandama kömək edirəm. Futbolçularda inam yaratmağa çalışıram. Bu, bəzən qapını qorumaqdan daha önəmlidir”, - qolkiper deyib.