Azərbaycan boksçusu Marjona Savriyeva Bolqarıstanın paytaxtı Sofiyada keçirilən Avropa çempionatında ilk görüşünə çıxıb.

Offsideplus.az xəbər verir ki, 50 kq çəki dərəcəsində mübarizə aparan idmançımız 1/4 final çərçivəsində Nili Brukla (Şotlandiya) üz-üzə gəlib.

Rəqib ilk raundda zədələndiyindən mübarizə apara bilməyib. Bununla da qalib elan olunan Savriyeva yarımfinala yüksəlib. O, bu qələbə sayəsində özü üçün azı bürünc medalı da təmin edib.