Azərbaycanın qadın güləşçisi Elis Manolova Serbiyanın paytaxtı Belqraddakı dünya çempionatında bürünc medal uğrunda görüşə çıxıb.

Offsideplus.az xəbər verir ki, 65 kq-da mübarizə aparan idmançı Kumba Larrokla (Fransa) qarşılaşıb. Rəqibinə 2:3 hesabı ilə uduzan Manolova turniri 5-ci pillədə başa vurub.

Qeyd edək ki, sentyabrın 16-da Jalə Əliyeva (57 kq) 3-cü yer uğrunda görüşdə qüvvəsini sınayacaq.