Fərdi Güləş üzrə Dünya Kubokunun görüşləri keçirilib.

Offsideplus.az xəbər verir ki, 67 kq çəki dərəcəsində mübariəz aparan İslambek Dadov finalda rusiyalı rəqibinə uduzaraq gümüş medal mükafatçısı olub.

İdmançımız təsnifat mərhələsində İtaliya təmsilçisini cəmi 29 saniyəyə xalçadan məyus yola salıb. Peru güləşçisini də vaxtından əvvəl üstələyən yığmamızın üzvü adını 1/4 finala yazdırıb. Bu mərhələdə prinsipial qarşılaşmaya çıxan güləşçimiz Ermənistan təmsilçisinə qalib gələrək yarımfinala yüksəlib.

Ukraynalı həmkarına da gücünü göstərən İslambek Fərdi Dünya Kubokunun finalına vəsiqə qazanıb.

Son qarşılaşma gərgin mübarizə şəraitində keçib. Rusiyalı rəqibinə minimal fərqlə yenilən İslambek gümüş medal əldə edib.

 

67 kq
Təsnifat: İslambek Dadov – Ruben Marvike (İTA) 9:0
1/8 final: İslambek Dadov - Nilton Qarsiya (PER) 9:0
1/4 final: İslambek Dadov - Slavik Qalstyan (ARM) 7:4
1/2 final: İslambek Dadov - Artur Politayev (UKR) 8:2
FİNAL: İslambek Dadov - Nazir Abdullayev (RUS) 1:2