Cüdo üzrə Azərbaycan millisi 23 yaşadək idmançılar arasında keçiriləcək Avropa çempionatına qatılmaq məqsədilə Polşaya yola düşüb.
Offisdeplus.az xəbər verir ki, noyabrın 15-17-də Pila şəhərində keçiriləcək yarışda Azərbaycanı 15 cüdoçu təmsil edəcək
Millinin heyətində bu idmançılar yer alıblar:
Hüseyn Allahyarov (60 kq), Murad Muradlı (66 kq), Abil Yusubov, Rüfət Şövlətov (hər ikisi 73 kq), Ömər Rəcəbli, Məhərrəm İmamverdiyev (hər ikisi 81 kq), Aslan Kotsoyev (90 kq), Əjdər Bağırov (100 kq), Kənan Nəsibov (+100 kq), Fəridə Mirzəyeva (48 kq), Aydan Vəliyeva, Xədicə Qədəşova (hər ikisi 52 kq), Fidan Əlizadə (57 kq), Aytac Qardaşxanlı (63 kq) və Nərmin Əmirli (78 kq).
Xatırladaq ki, yarış "Mosir Pila" arenasında baş tutacaq.