Fərdi Dünya Kuboku üzrə yarışlar davam edir.
Offsideplus.az xəbər verir ki, 67 kq çəkidə mübarizə aparan İslambek Dadov təsnifat mərhələsində İtaliya təmsilçisini cəmi 29 saniyəyə xalçadan məyus yola salıb. Peru güləşçisini də vaxtından əvvəl üstələyən yığmamızın üzvü adını 1/4 finala yazdırıb. Bu mərhələdə prinsipial qarşılaşmaya çıxan güləşçimiz Ermənistan təmsilçisinə qalib gələrək yarımfinala yüksəlib. Ukraynalı həmkarına da gücünü göstərən İslambek Fərdi Dünya Kubokunun finalına vəsiqə qazanıb.
Eldəniz Əzizli ilk görüşdə yerli güləşçiyə cəmi 1 dəqiqə 40 saniyəyə qalib gəlib. Təcrübəli güləşçimiz növbəti görüşdə Rusiya idmançısına uduzub. Rusiyalı soydaşımız finala yüksəldiyi üçün Əzizli dekabrın 13-də təsəlliverici görüşə çıxıb. Erməni güləşçini vaxtından əvvəl məğlubiyyətə uğradan Eldəniz bürünc medal uğrunda görüşdə iştirak hüququ əldə edib.
Qeyd edək ki, bu çəkilərdə medallar uğrunda qarşılaşmalar dekabrın 13-də Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
İslambek Dadovun erməni rəqibinə qalib gəldiyi həmin görüşü təqdim edirik: