Azərbaycan karateçisi Rahib Əzim (+76 kq) Xorvatiyanın Poreç şəhərində keçirilən Karate 1 Liqa yarışında qızıl medal qazanıb.

Offsideplus.az xəbər verir ki, təmsilçimiz 21 yaşadək idmançıların mübarizəsində fəxri kürsüyə yüksəlib.

Bütün rəqiblərinə qalib gələn Əzim çempion tituluna yiyələnib.

Qeyd edək ki, komandamıza bu yarışda AKF-in baş katibi Qabil Sayadov və gənclərdən ibarət yığma komandamızın baş məşqçisi Anar Allahverdiyev rəhbərlik edir.