Moskvadakı “Vegas City Hall” arenasında kikboksinq üzrə “ЖАРА Fight Show” turniri keçirilir.

Offsideplus.az xəbər verir ki, Azərbaycanın tanınmış döyüşçüsü, K-1 ustası Zabit Səmədov da növbəti döyüşünə çıxıb.

“Mauqli” “Crazy Horse” ləqəbli təcrübəli fransız idmançı Freddi Kemayo ilə qarşılaşıb və 50:46 hesabı ilə qalib gələrək “King of Kings” (KOK) versiyası üzrə Avropa çempionu adını qazanıb.