Yunan-Roma güləşçisi İslam Abbasov Qubadlının erməni işğalından azad olunması barədə danışıb.

Offsideplus.az xəbər verir ki, 87 kq çəki dərəcəsində mübarizə aparan idmançı "Report"a açıqlamasında bildirib ki, həmin yerləri görməsə də, hər zaman Qubadlının həsrətində olub: "Xəbəri eşidəndə ailəlikcə çox sevindik. Atam da I Qarabağ müharibəsində iştirak edib, qazidir. Prezident İlham Əliyevin çıxışını gözləyirdik ki, Qubadlının işğaldan azad olunmasını açıqlasın. Oralara getməyi çox istəyirik. Sevincimizin həddi-hüdudi yoxdur. Xəbəri ilk olaraq sosial şəbəkələrdə gördüm. Cənab Prezidentin tvitter hesabını izləyirdim. Ailəmizə mən xəbər etdim, hamı sevindi. Ordumuza və Ali Baş Komandanımıza minnətdarıq".