Tayson Fyuri ilə Deontey Vaylder üçüncü görüşlə bağlı razılığa gəliblər.

Offsideplus.az  “The Atletic”ə istinadla xəbər verir ki, boksçular arasında üçüncü qarşılaşma bu il oktyabrın 3-nə təyin olunub. Yarışın qonorarının 60 faizi Fyuriyə, 40 faizi isə Vaylderə çatacaq. Görüşün yeri isə hələ bəlli deyil.

Qeyd edək ki, tərəflər arasında 2018-ci ilin dekabrında keçirilən ilk döyüşdə qalib müəyyənləşməyib. Bu il fevralın 22-də ikinci görüşdə isə Fyuri rəqibini nokautla məğlub edərək WBC (Dünya Boks Şurası) kəmərinə yiyələnib.