"Qalatasaray" klubu ötən həftə "İnter"in oyunçusu Davide Frattesi üçün təklif göndərib.
Offsideplus.az xəbər verir ki, son Türkiyə çempionu İtaliya klubuna 5 milyon avro icarə, 30 milyon avro isə satınalma məbləği təklifi irəli sürüb. Bu barədə məşhur insayder Fabritsio Romano məlumat yayıb.
Hazırda klublar arasında danışıqlar satınalma detallarına görə dayanıb. "Qalatasaray" isə Frattesiyə yüksək məvacib təklif edərək 26 yaşlı yarımmüdafiəçini razı salmağa çalışır.



