"Fənərbağça"da 2026-cı ilin ilk rübündə vaxtından əvvəl prezident seçkiləri olacaq.
Offsideplus.az xəbər verir ki, Saadettin Saran namizədliyini irəli sürməyi düşünmür.
Bu barədə "Fanatik" nəşri məlumat yayıb.
Qeyd edək ki, S. Saran bu ilin sentyabrında "Fənərbağça" prezidenti olmuşdu. O, seçkilərdə Ali Koçu məğlub etmişdi.



