Qış transfer pəncərəsində heyətinə yarımmüdafiəçi cəlb etmək istəyən "Qalatasaray" səylərini davam etdirir. 

Offsideplus.az "Sözcü" qəzetinə istinadən xəbər verir ki, “sarı-qırmızılar” hazırda Belçikanın "Brügge" klubunda oynayan Rafael Onyedika ilə maraqlanır.

Bildirilib ki, komandanın çalışdırıcısı Okan Buruk futbolçunu heyətində görmək istəyir.

“Qalatasaray”ın  24 yaşlı oyunçu üçün "Brügge" klubuna 20 milyon avro təklif etdiyi, Belçika klubunun isə təxminən 25 milyon avro gözlədiyi bildirilir.

Qeyd edək ki, Rafael Onyedika 2022/23 mövsümündə "Brügge" klubu ilə müqavilə imzalayıb. Bu mövsüm nigeriyalı oyunçu "Brügge" klubunda 24 oyunda meydana çıxıb, 2 qol vurub və 1 məhsuldar ötürmə ilə yadda qalıb.